Zaxarova: Xaricdə yaşayan rusiyalılara prezident seçkiləri ilə bağlı psixoloji təzyiq göstərilir

Zaxarova: Xaricdə yaşayan rusiyalılara prezident seçkiləri ilə bağlı psixoloji təzyiq göstərilir

Moskva xaricdə Rusiya prezident seçkilərini pozmaq üçün getdikcə daha çox çağırışlar qeydə alır.

Birxeber.Az-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, Rusiyanın xaricdəki qurumları seçki məntəqələrinin təhlükəsizliyini gücləndirmək üçün işlərini davam etdirir. “Biz səsverməni pozmaq üçün getdikcə artan çağırışları qeydə alırıq. Rusiyalılara psixoloji təzyiq göstərmək cəhdləri edilir", - deyə Zaxarova vurğulayıb.

XİN sözçüsü əlavə edib ki, Rusiyada prezident seçkilərinə müdaxilə üçün bütün cəhdlər uğursuzluğa məhkumdur və təşəbbüskarlara əks nəticə verəcək.