Zelenskinin Ofisi: Ukraynaya başqa ölkələrdən hərbçi göndərilməsi müzakirə edilmir

Zelenskinin Ofisi: Ukraynaya başqa ölkələrdən hərbçi göndərilməsi müzakirə edilmir

Ukraynaya başqa ölkələrdən hərbçilərin göndərilməsi məsələsi müzakirə edilmir.

APA xəbər verir ki, bunu Ukrayna prezidentinin müşaviri Mixail Podolyak “Bild”ə müsabiəsində deyib.

O bildirib ki, hər cür köməyi qəbul etməyə hazırdırlar, lakin hələ ki bununla bağlı danışıq aparılmır. Qonşu ölkələrin Ukraynaya hərbçi göndərməsi ilə bağlı sualı cavablandıran müşavir qeyd edib ki, bunun olmasını çox arzulayır, amma hazırda yalnız Ukraynanın yüksək texnologiyalı silahlarla gücləndirilməsi ssenarisi mövcuddur.

“Silahlar və sanksiyalarla Rusiyanın diplomatik cəhətdən təcrid edilməsi məsələsi müzakirə edilir, lakin bu, hələ nəticə verməyib”, - Podolyak iddia edib.