Sumqayıtda avtomobil köşkə çırpılıb, xəsarət alanlar var

Sumqayıtda avtomobil köşkə çırpılıb, xəsarət alanlar var

Sumqayıt şəhərində ağır yol qəzası baş verib.

“Birxeber.Az”un yerli bürosu məlumat verir ki, hadisə şəhərin Nəriman Nərimanov küçəsində qeydə alınıb.

Belə ki, “BMW” markalı avtomobilin sürücüsü idarəetməni itirərək nəqliyyat vasitəsini köşkə çırpıb.

Qəza zamanı iki nəfər xəsarət alıb. Yaralılar Sumqayıt Şəhər Təcili Tibbi Yardım xəstəxanasına çatdırılıb.

Hadisənin səbəbi araşdırılır.