Azərbaycan Kuboku: A qrupunda növbəti iki oyun keçirilib

Azərbaycan Kuboku: A qrupunda növbəti iki oyun keçirilib

"Sərhədçi" İdman Mərkəzində basketbol üzrə Azərbaycan Kubokunun A qrupunda növbəti iki oyun keçirilib.

"Report" xəbər verir ki, günün ilk oyunu "Sumqayıt" və "Cəlilabad" komandaları arasında baş tutub.

Bu görüş "Cəlilabad" klubunun 90:76 hesablı qələbəsi ilə yekunlaşıb. Ən məhsuldar basketbolçular "Sumqayıt"dan Tay Rendal (19 xal, 4 asist), "Cəlilabad"dan Zaur Paşayev (19 xal, 8 ribaund) olublar.

Günün ikinci oyununda kuboka yaxşı start verən iki klub - "Neftçi" və "Xırdalan" üz-üzə gəliblər. Matçı 80:68 hesabı ilə qalib tamamlayan "Neftçi" A qrupunda "Xəzri" ilə xallarının sayını (4) bərabərləşdirib.

Ən məhsuldar basketbolçular "Neftçi"dən Ceyms Haforn (13 xal, 3 ribaund), "Xırdalan"dan Cakori Arçi (27 xal, 5 ribaund) olublar.