Mişustin: Rusiya Azərbaycanla əməkdaşlığı gücləndirməkdə maraqlıdır

Mişustin: Rusiya Azərbaycanla əməkdaşlığı gücləndirməkdə maraqlıdır

Rusiya Azərbaycanla əməkdaşlığın möhkəmləndirilməsində maraqlıdır.

"Report" TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın Baş naziri Mixail Mişustin Azərbaycana səfəri çərçivəsində deyib.

Baş nazir qarşılıqlı investisiyaların səviyyəsinin artırılmasını Moskva və Bakının əsas vəzifələrindən biri adlandırıb.