Azercell: Cəlilabadda mobil rabitədən istifadə ilə bağlı yaranmış çətinlik aradan qaldırılıb - YENİLƏNİB

Azercell: Cəlilabadda mobil rabitədən istifadə ilə bağlı yaranmış çətinlik aradan qaldırılıb - YENİLƏNİB

05.03.2024-cü il tarixində “Azercell Telekom” MMC-dən asılı olmayan səbəblərdən Cəlilabad rayonunun bəzi ərazilərində mobil rabitə xidmətləri ilə bağlı yaranan çətinlik aradan qaldırılıb.

"APA-Economics"in Azercell-dən əldə etdiyi məlumata görə, telekommunikasiya şəbəkəsinin fəaliyyətini təmin edən fiber optik kabelin zədələnmiş hissələri dərhal yenilənib, xidmətlərdən tam normal əsaslarla istifadə imkanı təmin edilib.

***

14.08

Məlumat üçün bildiririk ki, 05.03.2024-cü il tarixində “Azercell Telekom” MMC-dən asılı olmayan səbəblərdən Cəlilabad rayonunun bəzi ərazilərində mobil rabitə xidmətlərindən istifadə zamanı abunəçilərin müvəqqəti çətinliklərlə qarşılaşması mümkündür.

Azercell-dən "APA-Economics"ə verilən açıqlamada bildirilib ki, yaranmış narahatlığa görə təəssüf edir və bildiririk ki, həmin ərazidə telekommunikasiya şəbəkəsinin fəaliyyətini təmin edən fiber optik kabelin zədələnmiş hissələrinin bərpa edilməsi üçün texniki komandamız tərəfindən təcili tədbirlər görülür.

Xidmətlərdən tam normal əsaslarla istifadə imkanı tez bir zamanda təmin ediləcək.