Britaniya şirkətinin rəsmisi: Azərbaycanda kibertəhlükəsizliyə investisiya yatırmağa hazırıq
Böyük Britaniya Azərbaycanda kibertəhlükəsizliyə investisiya yatırmağa hazırdır.
Bunu “Titan labs” kibertəhlükəsizlik təşkilatının məsləhətçisi Coş Vaytmən “APA-Economics”ə aşıqlamasında deyib.
“Bu gün Azərbaycan da kibertəhlükəsizlik sahəsinə investisiya yatırmaqda maraqlıdır", - deyə o əlavə edib.
C. Vaytmən bildirib ki, ölkəsinin kibertəhlükəsizliklə bağlı böyük təcrübəsi var və bu istiqamətdə Azərbaycana lazım olan dəstəyi göstərməyə hazırdırlar.