Milli Məclis ASEAN PA-ya müşahidəçi üzv qəbul olunub

Milli Məclis ASEAN PA-ya müşahidəçi üzv qəbul olunub

Kamboca Krallığında keçirilən ASEAN Parlamentlərarası Assambleyasının (ASEAN PA) 43-cü Baş Assambleyasının ikinci plenar iclasında Azərbaycan Milli Məclisinin ASEAN PA-ya müşahidəçi üzv kimi qəbul olunması ilə bağlı təntənəli mərasim təşkil olunub.

"Report" xəbər verir ki, ölkələrin rəsmi qəbuletmə mərasimində ilk olaraq, Azərbaycanın üçrəngli bayrağı Fəxri Qarovulun müşayiəti ilə səhnəyə gətirilib.

Kamboca Krallığı Milli Assambleyasının sədri, ASEAN PA-nın 43-cü Baş Assambleyasının prezidenti Akka Moha Ponhea Çakri Henq Samrin Milli Məclisin ASEAN PA-ya müşahidəçi üzv qəbul olunması ilə bağlı müvafiq sənədi Azərbaycan parlamentinin sədri Sahibə Qafarovaya təqdim edib.

ASEAN PA-nın Daxili Nizamnaməsinə əsasən, milli parlamentlərin təşkilatda müşahidəçi statusu alması ilə bağlı müraciətləri 2-3 il ərzində araşdırıldıqdan sonra müvafiq qərar qəbul olunsa da, Azərbaycan Milli Məclisinin bununla bağlı müraciətinə prioritet qaydada baxılaraq, dərhal cavab verilib və dəstəklənib.

İclasda Azərbaycan parlamenti ilə yanaşı, ABŞ Konqresi və Nepal Federal Demokratik Respublikasının Milli Assambleyası və Gürcüstan parlamenti də müşahidəçi üzv qismində təşkilata qəbul edilib. Qeyd olunub ki, yeni müşahidəçi üzvlərin bu təşkilatda iştirakı ASEAN PA-nın fəaliyyətinə mühüm töhfə verəcəkdir.

Təntənəli mərasimindən sonra təşkilata yeni müşahidəçi üzv qəbul olunmuş parlamentlərin nümayəndələri ilə görüşlər keçirilib.

Xarici siyasət Xarici siyasət
Azərbaycan və Özbəkistan arasında siyasi məsləhətləşmələr keçirilib

Azərbaycan və Özbəkistan arasında siyasi məsləhətləşmələr keçirilib

Xarici siyasət Xarici siyasət
Parisdə azərbaycanlı qadınların əl işlərindən ibarət sərginin açılışı olub

Parisdə azərbaycanlı qadınların əl işlərindən ibarət sərginin açılışı olub

Xarici siyasət Xarici siyasət
Azərbaycan Brüssel sülh prosesini dəstəkləyir

Azərbaycan Brüssel sülh prosesini dəstəkləyir

Xarici siyasət Xarici siyasət
Azərbaycan və Fələstin XİN başçıları görüşüb

Azərbaycan və Fələstin XİN başçıları görüşüb

Xarici siyasət Xarici siyasət
Prezident: "Hazırda Tehrandakı səfirliyimiz bağlıdır, çünki mənim üçün insanlarımızın təhlükəsizliyi və həyatı daha vacibdir"

Prezident: "Hazırda Tehrandakı səfirliyimiz bağlıdır, çünki mənim üçün insanlarımızın təhlükəsizliyi və həyatı daha vacibdir"

Xarici siyasət Xarici siyasət
Daşkənd Kommünikesində Azərbaycanın Zəngəzur dəhlizi üzrə gördüyü işlər alqışlanıb

Daşkənd Kommünikesində Azərbaycanın Zəngəzur dəhlizi üzrə gördüyü işlər alqışlanıb

Xarici siyasət Xarici siyasət
Prezidenti İlham Əliyev Düşənbədə Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə iştirak edir 

Prezidenti İlham Əliyev Düşənbədə Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə iştirak edir 

Xarici siyasət Xarici siyasət
Aİ Şurasının Prezidenti: "Azərbaycan və Ermənistan Almatı Bəyannaməsinə sadiqliklərini bir daha təsdiqləyiblər"

Aİ Şurasının Prezidenti: "Azərbaycan və Ermənistan Almatı Bəyannaməsinə sadiqliklərini bir daha təsdiqləyiblər"

Xarici siyasət Xarici siyasət
"Korsikalıları öz ana dilində danışmaqdan məhrum etmək hazırda Fransada həyata keçirilən siyasətin tərkib hissəsidir" - RƏY

"Korsikalıları öz ana dilində danışmaqdan məhrum etmək hazırda Fransada həyata keçirilən siyasətin tərkib hissəsidir" - RƏY

Xarici siyasət Xarici siyasət
Dövlət başçısı: "Xalqlarımız arasında münasibətlər həmişə qardaşlar arasındakı kimi olub"

Dövlət başçısı: "Xalqlarımız arasında münasibətlər həmişə qardaşlar arasındakı kimi olub"

Xarici siyasət Xarici siyasət
Azərbaycan XİN: "Mina terroruna əhəmiyyət verilməməsi ciddi narahatlıq mənbəyidir"

Azərbaycan XİN: "Mina terroruna əhəmiyyət verilməməsi ciddi narahatlıq mənbəyidir"

Xarici siyasət Xarici siyasət
Britaniya səfiri Qobustan rayonuna səfər edib - FOTO

Britaniya səfiri Qobustan rayonuna səfər edib - FOTO