Göygöldə “Ümumdünya Mülki Müdafiə Günü”nə həsr olunmuş tədbir keçirilib

Göygöldə “Ümumdünya Mülki Müdafiə Günü”nə həsr olunmuş tədbir keçirilib

Göygöl rayonunda “Ümumdünya Mülki Müdafiə Günü” nə həsr olunmuş nümunəvi mülki müdafiə məşqi keçirilib.

"Birxeber.Az"un Qərb bürosunun məlumatına görə, Göygöl şəhər 5 nömrəli tam orta məktəbdə keçirilən məşqdə Göygöl Rayon İcra Hakimiyyətinin, Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin, həmçinin Rayon Təhsil sektorunun əməkdaşları və məktəbin kollektivi iştirak ediblər.

Məşqdə məktəb üzrə Mülki Müdafiə işinin plana uyğun təşkili ilə bağlı nəzəri və praktiki fəaliyyəti nümayiş etdirilib.

Qeyd edək ki, məşqin keçirilməsinin məqsədi təbii fəlakət zamanı davranış qaydalarına əməl etmək üçün hazırlıq vəziyyətinin yoxlanılması və təbii fəlakətin nəticələrinin aradan qaldırılması sahəsində vərdişlərin aşılanmasıdır.