Türkiyə MİT-in rəhbəri ABŞ-da Qafqazdakı vəziyyəti müzakirə edəcək

Türkiyə MİT-in rəhbəri ABŞ-da Qafqazdakı vəziyyəti müzakirə edəcək

Türkiyə Milli Kəşfiyyat İdarəsinin (MİT) rəhbəri İbrahim Kalın ABŞ-a səfər edib.

“Birxeber.Az” xəbər verir ki, o, ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns ilə görüşəcək. İ.Kalın Ağ Ev, Konqres və Xarici İşlər Nazirliyində də görüşlər keçirəcək.

İ.Kalın Qəzza, İraq və Suriyada müharibənin dayandırılması, eləcə də atəşkəs barədə danışıqlar aparacaq.

Rusiya və Ukrayna arasında davam edən müharibə, həmçinin Qafqazdakı vəziyyət də müzakirə mövzusu olacaq.