Ali komissar: Dünyada 55 silahlı münaqişə mövcuddur

Ali komissar: Dünyada 55 silahlı münaqişə mövcuddur

Dünyada 55 silahlı münaqişə mövcuddur.

“Birxeber.Az” TASS-a istinadən xəbər verir ki, bunu BMT-nin İnsan Hüquqları üzrə ali komissarı Folker Türk qurumun İnsan Hüquqları üzrə Şurasının Cenevrədə keçirilən 55-ci sessiyasındakı çıxışında bildirib.

Onun sözlərinə görə, dünyada alovlanan 55 silahlı münaqişə humanitar böhranlara səbəb olur və eskalasiya təhlükəsi yaradır.

Ali komissar milyonlarla mülki şəxsə dağıdıcı təsir göstərən beynəlxalq humanitar hüququn və insan hüquqlarının geniş miqyaslı pozulmasına diqqət çəkərək deyib: “Əhalinin yerdəyişməsi və humanitar böhranlar artıq görünməmiş həddə çatıb. Bütün bu münaqişələrin regional və qlobal nəticələri var”.

Onun sözlərinə görə, Qəzzədəki müharibənin bütün Yaxın Şərq üçün dağıdıcı təsir göstərib. Ali komissar deyib ki, Afrika Buynuzu, Sudan və Sahel də daxil olmaqla, başqa bölgələrdəki qarşıdurmalar da kəskin şəkildə arta bilər. F.Türkün sözlərinə görə, Koreya yarımadasında silahlanma və hərbiləşmə təhdidlərin səviyyəsini getdikcə artırır. O, həmçinin Konqo Demokratik Respublikasının şərq əyalətlərində pisləşən təhlükəsizlik böhranını, Qırmızı və Qara dənizlərdə malların qlobal hərəkətinə zərbələr yaradan hücumları xatırladıb.