Naxçıvanda yükdaşıma 2 % artıb

Naxçıvanda yükdaşıma 2 % artıb

Bu ilin yanvar ayında Naxçıvan Muxtar Respublikasında 487 min ton yük daşınıb.

Bu barədə "Birxeber.Az"un yerli bürosuna Naxçıvanın Dövlət Statistika Komitəsinindən məlumat verilib.

Bildirilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,1 % çoxdur.

Bundan başqa, yanvanda Naxçıvanda informasiya və rabitə xidmətlərinin dəyəri 1 il əvvələ nisbətən 0,5 % artaraq 2 milyon 767 min manat olub.

Son 1 ildə muxtar respublikada pərakəndə ticarət dövriyyəsinin dəyəri 0,8 % artaraq 101 milyon 220 min 300 manat, əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri isə 0,5 % artaraq 14 milyon 323 min 200 manat olub.