Brüsseldə ilk Nüvə Enerjisi Sammiti keçiriləcək

Brüsseldə ilk Nüvə Enerjisi Sammiti keçiriləcək

Brüsseldə ilk Nüvə Enerjisi Sammiti keçiriləcək.

Birxeber.Az xəbər verir ki, bu barədə AEBA-nın Baş direktoru Rafael Qrossi təşkilatın idarə heyətinin iclasında deyib.

O bildirib ki, martın 21-də dövlət və hökumət başçıları Brüsseldə AEBA və Belçika hökumətinin birgə ev sahibliyi etdiyi tarixdə ilk Nüvə Enerjisi Sammitinə toplaşacaqlar.

"Belçikanın Baş naziri Aleksander De Kroo və mənim həmsədrliyimlə keçiriləcək sammitdə nüvə enerjisinin qalıq yanacağın ekoloji cəhətdən zərərli istifadəsinin azaldılmasında, enerji təhlükəsizliyinin artırılmasında, iqtisadi rifahın və inkişafın artırılmasında rolu vurğulanacaq. Bu gün 31 ölkədə fəaliyyət göstərən 413 nüvə reaktoru 370 giqavattdan çox gücə malikdir ki, bu da dünya üzrə ümumi elektrik enerjisinin demək olar ki, 10 faizini və onun aşağı karbon ehtiyatının dörddə birini təmin edir. Daha çox işləmək lazımdır və bu planlaşdırılır. Sammit bunu vurğulayacaq və nəticələrə nail olmaq üçün konkret yolları müzakirə edəcək", - Qrossi qeyd edib.