Azərbaycan çempionatında üçüncü məhsuldar göstərici qeydə alınıb

Azərbaycan çempionatında üçüncü məhsuldar göstərici qeydə alınıb

Azərbaycan Premyer Liqasında üçüncü məhsuldar göstərici qeydə alınıb.

"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, buna çempionatın 25-ci turunda 18 qol vurulması səbəb olub.

Bu, mövsümün üçüncü məhsuldarlığıdır. Bundan öncə yalnız 10-cu və 16-cı turlarda daha çox qol qeydə alınıb - 19 qol.

Tur üzrə orta məhsuldarlıq 3,60-a bərabər olub.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasının 25-ci turunda “Neftçi” – “Qarabağ” (1:4) və “Qəbələ” – “Səbail” (2:3) oyunlarının hərəsində 5 qol vurulub. “Sumqayıt” – “Kəpəz” (1:3) qarşılaşmasında bu rəqəm 4-ə bərabər olub. “Sabah” – “Araz-Naxçıvan” (2:0) və “Zirə” – “Turan Tovuz” (1:1) duellərinin hərəsində iki qol qeydə alınıb.