Cəbrayıl polisi narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 2 nəfəri saxlayıb

Cəbrayıl polisi narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 2 nəfəri saxlayıb

Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Faiq Əliyev və tanışı Tehran Əliyev saxlanılıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Birxeber.Az-ya verilən məlumata görə, F.Əliyevin idarə etdiyi avtomobilə baxış zamanı 1 kiloqrama yaxın narkotik vasitə tiryək və marixuana, həmçinin 240 ədəd psixotrop tərkibli metodon həbi aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.