Rusiyada ağır yol qəzasında 4 nəfər ölüb

Rusiyada ağır yol qəzasında 4 nəfər ölüb

Rusiyanın Komi Respublikasının Roteresski rayonunda iki avtomobilin iştirakı ilə baş vermiş ağır yol-nəqliyyat hadisəsi dörd nəfərin ölümü ilə nəticələnib.

“Birxeber.Az” TASS-a istinadən xəbər verir ki, bu barədə regionun Yol Hərəkəti Təhlükəsizliyi Müfəttişliyindən bildirilib.

“Qəza Sıktıvkar - Troitsko-Peçorsk magistralının 74-cü kilometrliyində baş verib. İlkin məlumata görə, iki avtomobil toqquşub: “Renault” və “Daewoo”. Qəza nəticəsində üç nəfər yerindəcə, bir nəfər isə xəstəxanada keçinib”, – qurumun məlumatında bildirilib.

Faktla bağlı araşdırma aparılır.