Xaçmazda minik avtomobilləri toqquşub, yaralılar var - FOTO

Xaçmazda minik avtomobilləri toqquşub, yaralılar var - FOTO

Gəndob Yalama avtomobil yolunun Xaçmaz rayonunun Mürşüd-oba kəndi ərazisindən keçən hissəsində yol nəqliyyat hadisəsi baş verib.

APA-nın Şimal bürosu xəbər verir ki, “Vaz 2107” və “Vaz 21010” markalı avtomobillərin toqquşması nəticəsində 4 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Onlar Xaçmaz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Qəza nəticəsində biri azyaşlı olmaqla Xaçmaz rayonu Mürşüd-oba kənd sakini 1986-cı il təvəllüdlü Novruzov Vitaliy Raufoviç, 1981-ci il təvəllüdlü Xudat şəhər sakini Həmrayev Bəhruz Allahyar oğlu və Bərdə rayon sakini 1993-cü il təvəllüdlü Əliyeva Elminaz Rahid qızı müxtəlif dərəcəli xəsarətlər alıb.

Faktla bağlı araşdırma aparılır.