“Qarabağ” Andrey Lunyovu Rusiya millisinə buraxmaya bilər

“Qarabağ” Andrey Lunyovu Rusiya millisinə buraxmaya bilər

“Qarabağ” qapıçısı Andrey Lunyovu Rusiya millisinə buraxmaya bilər.

“Report” xəbər verir ki, bunu Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov TASS-a açıqlamasında deyib.

Təcrübəli mütəxəssis bildirib ki, 32 yaşlı qolkiper 38 nəfərlik ilkin heyətə çağırılsa da, onunla bağlı qərar verməyiblər: “Bunun ona pis təsir edəcəyini bilsəm, təbii ki, heç vaxt milliyə buraxmayacağam. Düşünürəm ki, Andrey özü də bu çağırışı qəbul etmək istəyəcək və bu, onun üçün əlavə motivasiya olacaq. Lunyovun çıxışından razıyam, amma hələ də inkişaf edə bilər. Bu onun maksimum səviyyəsi deyil. Ola bilsin ki, onu komandaya buraxmayaq. Amma düşünürəm ki, bununla bağlı heç bir problem olmayacaq. Çünki hamımız peşəkarıq və vəziyyəti başa düşürük”.

Qurban Qurbanov rusiyalı futbolçunun psixoloji durumunun onun üçün vacib olduğunu bildirib: “Andreyin milliyə çağırışına normal münasibət bəsləyirəm. O, yığma məşqçilərinin diqqətini çəkə bilibsə, deməli, bu müddətdə yaxşı və stabil çıxış edib. İstənilən oyunçumun yaxşı və sabit oynayaraq milliyə çağırılmasına həmişə sevinirəm. Onu buraxıb-buraxmamağımıza gəlincə, futbolçunun fikri də önəmlidir. Mənim üçün oyunçunun psixoloji hazırlığı da rol oynayır”.

Qeyd edək ki, Rusiya millisi martın 21-də Serbiya, 25-də Paraqvayla yoldaşlıq oyunu keçirəcək.