Azərbaycan “TikTok”la rəqəmsal infrastrukturun təkmilləşdirilməsini müzakirə edib

Azərbaycan “TikTok”la rəqəmsal infrastrukturun təkmilləşdirilməsini müzakirə edib

Azərbaycan və “TikTok” şirkəti arasında rəqəmsal infrastrukturun təkmilləşdirilməsi imkanları müzakirə edilib.

"Report" xəbər verir ki, bu barədə iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev “X” sosial şəbəkəsindəki hesabında bildirib.

“TikTok” şirkətinin platforma strategiya rəhbəri Junjiao Bai və şirkətin dövlət orqanları və korporativ məsələlər üzrə direktoru Sergey Sokolovla görüşümüzdə Azərbaycanda rəqəmsal infrastrukturun təkmilləşdirilməsi istiqamətində görülən işləri diqqətə çatdırdıq.

“TikTok Startap Akademiyası”nın fəaliyyəti, biznesin potensialının təqdim edilməsi və digər istiqamətlərdə əməkdaşlıq imkanları barədə müzakirə apardıq", - E. Əliyev qeyd edib.