Səudiyyə Ərəbistanı 2034-cü il dünya çempionatına ev sahibliyi etmək üçün ərizə təqdim edib

Səudiyyə Ərəbistanı 2034-cü il dünya çempionatına ev sahibliyi etmək üçün ərizə təqdim edib

Səudiyyə Ərəbistanı Futbol Federasiyası 2034-cü ildə keçiriləcək futbol üzrə dünya çempionatına ev sahibliyi etmək üçün rəsmi ərizə təqdim edib. Kampaniyanın şüarı “Birlikdə. Böyüyürük” ifadəsidir.

“Birxeber.Az”un federasiyanın press-relizinə istinadən verdiyi məlumata görə, bu şüar ölkənin futbol sahəsində sürətli transformasiyası ilə turnirə və ümumilikdə beynəlxalq futbola müsbət təsir arasında paralellik yaratmaq niyyətindədir.

Futbol Federasiyası həmçinin qeyd edib ki, Səudiyyə Ərəbistanının 2034-cü ildə Dünya Çempionatına ev sahibliyi etmək təklifi oyunu bütün ölkədə və bütün dünyada birgə inkişaf etdirmək məqsədi daşıyır.

Turnirin ev sahibləri FIFA-nın ayrıca qurultayında təsdiqlənəcək. Bütün qitələrdən FIFA-ya üzv olan 70-dən çox assosiasiya Səudiyyə Ərəbistanını dəstəklədiyini açıq şəkildə bəyan edib.