Yəmən yaxınlığında güclü zəlzələ olub

Yəmən yaxınlığında güclü zəlzələ olub

Yəmən yaxınlığında 5,9 maqnitudalı zəlzələ olub.

“Report” xəbər verir ki, bu barədə ABŞ-nin Geoloji Xidmətinin verilənlərindən məlum olub.

Verilənlərə əsasən, saat 20:29-da (Bakı vaxtı ilə 21:29-da) Ərəbistan dənizində, ölkənin Sokotra adasından 360 km cənub-şərqdə zəlzələ qeydə alınıb. Yeraltı təkanların ocağı 10,2 km dərinlikdə yerləşib.

Quruda dağıntı və tələfatın olması barədə məlumat yayılmayıb. Regionda sunami təhlükəsi elan olunmayıb.