“Kəpəz” klubunun Məşq Mərkəzi və Futbol Akademiyasına baxış keçirilib

“Kəpəz” klubunun Məşq Mərkəzi və Futbol Akademiyasına baxış keçirilib

Bu gün “Kəpəz” klubunun nəzdində FIFA və UEFA-nın maliyyə dəstəyi ilə AFFA tərəfindən inşa olunan Məşq Mərkəzi və Futbol Akademiyasına baxış keçirilib.

"Birxeber.Az" xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Tədbirdə AFFA-nın prezidenti Rövnəq Abdullayev, vitse-prezidentləri Rauf Əliyev, Vaqif Sadıqov, İcraiyyə Komitəsinin digər üzvləri İsgəndər Cavadov, Elmar Məmmədyarov, Fərid Mansurov, Könül Mehtiyeva, baş katib Sərxan Hacıyev və “Kəpəz” klubunun İdarə Heyətinin sədri İlqar Nadiri iştirak ediblər.

AFFA rəhbərliyi akademiyada yaradılan şəraitlə tanış olublar.

Bildirilib ki, akademiya 52 nəfərlik 8 akademiya otağı, əsas komanda üçün 44 nəfərlik 16 otaq, 1 restoran, 1 mətbəx, fitnes, sauna, 4 paltardəyişmə otağı, tibb otaqları, iclas otağı, "Kəpəz" PFK əməkdaşları üçün ofis, inzibati heyət üçün otaqlar, istirahət otağı, camaşırxana, texniki və xidməti otaqlardan ibarətdir.

Bütün otaqlar zəruri avadanlıqlarla təchiz olunub.