Azərbaycan G7-nin ekologiya nazirlərinin xüsusi görüşünə dəvət olunub

Azərbaycan G7-nin ekologiya nazirlərinin xüsusi görüşünə dəvət olunub

Azərbaycan G7 ölkələrinin ekologiya və mineral ehtiyatlar nazirlərinin xüsusi görüşünə dəvət olunub.

"Report" xəbər verir ki, dəvəti İtaliyanın ətraf mühit və enerji təhlükəsizliyi naziri Cilberto Piketto-Fratin martın 1-də Prezident İlham Əliyevin qəbulunda olarkən çatdırıb.

İtaliyalı nazir bu il ölkəsinin G7 formatının rəhbəri qismində çıxış etdiyini deyərək bu əməkdaşlıq formatında COP29-a ev sahibliyi edən Azərbaycan tərəfinin G7 ölkələrinin ekologiya və mineral ehtiyatlar nazirlərinin xüsusi görüşünə qatılmasının vacibliyini bildirdi və bununla bağlı dəvəti çatdırıb.