Birxeber.az / Azərbaycan G7-nin ekologiya nazirlərinin xüsusi görüşünə dəvət olunub

Azərbaycan G7-nin ekologiya nazirlərinin xüsusi görüşünə dəvət olunub

1-03-2024, 14:40

Azərbaycan G7 ölkələrinin ekologiya və mineral ehtiyatlar nazirlərinin xüsusi görüşünə dəvət olunub.

"Report" xəbər verir ki, dəvəti İtaliyanın ətraf mühit və enerji təhlükəsizliyi naziri Cilberto Piketto-Fratin martın 1-də Prezident İlham Əliyevin qəbulunda olarkən çatdırıb.

İtaliyalı nazir bu il ölkəsinin G7 formatının rəhbəri qismində çıxış etdiyini deyərək bu əməkdaşlıq formatında COP29-a ev sahibliyi edən Azərbaycan tərəfinin G7 ölkələrinin ekologiya və mineral ehtiyatlar nazirlərinin xüsusi görüşünə qatılmasının vacibliyini bildirdi və bununla bağlı dəvəti çatdırıb.

Geri qayıt