Masallıda qazıntı zamanı qaz kəməri zədələnib, 2500 abonent qazsız qalıb

Masallıda qazıntı zamanı qaz kəməri zədələnib, 2500 abonent qazsız qalıb

Masallı rayonu ərazisində "Aztelekom" şirkəti tərəfindən kabel çəkilməsi üçün dayaq yerinin qazıntısı zamanı diametri 160 mm-lik yeraltı qaz kəməri zədələnib.

"Report"un yerli bürosunun məlumatına görə, nəticədə Boradigah, Çayqıraq və Bədəlan kəndləri olmaqla 2500 abonentin qaz təchizatı saat 12:13-dən dayandırılıb.

Qəzanın aradan qaldırılması istiqamətində işlər davam edir.