Birxeber.az / Masallıda qazıntı zamanı qaz kəməri zədələnib, 2500 abonent qazsız qalıb

Masallıda qazıntı zamanı qaz kəməri zədələnib, 2500 abonent qazsız qalıb

1-03-2024, 13:40

Masallı rayonu ərazisində "Aztelekom" şirkəti tərəfindən kabel çəkilməsi üçün dayaq yerinin qazıntısı zamanı diametri 160 mm-lik yeraltı qaz kəməri zədələnib.

"Report"un yerli bürosunun məlumatına görə, nəticədə Boradigah, Çayqıraq və Bədəlan kəndləri olmaqla 2500 abonentin qaz təchizatı saat 12:13-dən dayandırılıb.

Qəzanın aradan qaldırılması istiqamətində işlər davam edir.

Geri qayıt