Deputat: Bələdiyyələrin birləşməsindən sonra 700-ü qalacaq, bu da çoxdur

Deputat: Bələdiyyələrin birləşməsindən sonra 700-ü qalacaq, bu da çoxdur

Bələdiyyələrin birləşməsi çox vacibdir. Bildirildi ki, bələdiyyələrin birləşməsindən sonra 700-ü qalacaq. Hesab edirəm ki, 700 bələdiyyə də çoxdur.

“Report” xəbər verir ki, bu fikirləri Milli Məclisin Regional məsələlər komitəsinin üzvü, Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev komitənin martın 1-də keçirilən iclasında deyib.

"Çünki əhalisi bizimlə eyni sayda olan ölkələr var ki, orada 200 və ya ondan bir az artıq bələdiyyə fəaliyyət göstərir", - T.Rzayev əlavə edib.