Litvada məktəbi bitirən gənclər dərhal orduya çağırıla bilər

Litvada məktəbi bitirən gənclər dərhal orduya çağırıla bilər

Litva parlamenti gəncləri məktəbi bitirdikdən dərhal sonra orduya çağırmağı təklif edib.

“Report” xəbər verir ki, bu barədə “Delfi” məlumat yayıb.

Oxşar təkliflə parlamentin təhsil komitəsinin sədri Arturas Zukauskas çıxış edib.

“Məzunlar bilməlidirlər ki, məzun olduqdan sonra hərbi xidmətə çağırılacaqlar, 9 ay xidmət edəcəklər, bundan sonra universitetə ​​daxil olmaq üçün güzəşt əldə edəcəklər”.

Nəşr qeyd edib ki, hazırda Litvada insanlar 23 yaşında həqiqi hərbi xidmətə çağırılır.