Əlcəzair millisinin yeni baş məşqçisi müəyyənləşib

Əlcəzair millisinin yeni baş məşqçisi müəyyənləşib

Futbol üzrə Əlcəzair millisinin yeni baş məşqçisi müəyyənləşib.

"Birxeber.Az" komandanın mətbuat xidmətinə istinadən xəbər verir ki, bu posta Vladimir Petkoviç gətirilib.

60 yaşlı bosniyalı mütəxəssisin son iş yeri 2022-ci ilin fevralında ayrıldığı Fransa təmsilçisi "Bordo" olub. Petkoviç daha əvvəl digər klublarda və İsveçrə millisində çalışıb.

Qeyd edək ki, Əlcəzair yığması yanvarda keçirilən Afrika Millətlər Kubokunda uğursuz çıxış edib. Komanda Anqola, Burkina Faso və Mavritaniya ilə görüşlərdə 2 xal toplayaraq qrupdan çıxa bilməyib.