Bakıda 6 evdən oğurluq edən şəxs saxlanılıb

Bakıda 6 evdən oğurluq edən şəxs saxlanılıb

Bakının Nizami Rayon Polis İdarəsinin əməkdaşları 6 evdən oğurluq edən şəxsi saxlayıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən "Birxeber.Az"a bildirilib ki, əməliyyat nəticəsində oğurluqda şübhəli bilinən paytaxt sakini əvvəllər məhkum olunmuş Vüsal Məmmədov saxlanılıb.

Araşdırma zamanı onun rayon ərazisində 6 evdən pul və digər qiymətli əşyalar oğurladığı məlum olub.

Faktlarla bağlı araşdırmalar aparılır.