Şəmkirdə 24, Abşeronda 29 yaşlı gənc intihar edib

Şəmkirdə 24, Abşeronda 29 yaşlı gənc intihar edib

Şəmkir rayonunda 24, Abşeron rayonunda isə 29 yaşlı gənc intihar edib.

"Birxeber.Az"un məlumatına görə, Xırdalan şəhərindəki "Abşeron" gənclər şəhərciyində 1995-ci il təvəllüdlü Emil Elşad oğlu Həsənov yaşadığı evdə özünü asaraq həyatına son verib.

Bundan başqa, Şəmkir rayonunun Aşağı Seyfəli kəndində 2000-ci il təvəllüdlü Elnur Səhiyəddin oğlu Camalov yaşadığı evin həyətində asaraq özünü öldürüb.

Faktla bağlı araşdırmalar aparılır.