Birxeber.az / Şəmkirdə 24, Abşeronda 29 yaşlı gənc intihar edib

Şəmkirdə 24, Abşeronda 29 yaşlı gənc intihar edib

29-02-2024, 09:40

Şəmkir rayonunda 24, Abşeron rayonunda isə 29 yaşlı gənc intihar edib.

"Birxeber.Az"un məlumatına görə, Xırdalan şəhərindəki "Abşeron" gənclər şəhərciyində 1995-ci il təvəllüdlü Emil Elşad oğlu Həsənov yaşadığı evdə özünü asaraq həyatına son verib.

Bundan başqa, Şəmkir rayonunun Aşağı Seyfəli kəndində 2000-ci il təvəllüdlü Elnur Səhiyəddin oğlu Camalov yaşadığı evin həyətində asaraq özünü öldürüb.

Faktla bağlı araşdırmalar aparılır.

Geri qayıt