ABŞ-da atışma olub, 3 nəfər ölüb

ABŞ-da atışma olub, 3 nəfər ölüb

ABŞ-ın Meriland ştatının Baltimor şəhərində atışma nəticəsində azı 3 nəfər ölüb, 1 nəfər yaralanıb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb.

Qeyd edilib ki, hüquq-mühafizə orqanlarının əməkdaşları güllə yarası almış üç kişinin cəsədini tapıblar. Daha bir kişi xəstəxanaya aparılıb.

Polis şübhəlinin həbsi barədə məlumat verməyib və onun kimliyini təsdiqləməyib.

Hadisə ilə bağlı araşdırma aparılır.