Bakıda dördotaqlı ev yanıb

Bakıda dördotaqlı ev yanıb

Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 100 m² olan birmərtəbəli 4 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 70 m² sahədə yanıb.

FHN-dən APA-ya bildirilib ki, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.