İsmayıllıda iki yük maşını toqquşub, xəsarət alanlar var - VİDEO - YENİLƏNİB

İsmayıllıda iki yük maşını toqquşub, xəsarət alanlar var - VİDEO - YENİLƏNİB

İsmayıllıda iki yük maşınının toqquşması nəticəsində iki nəfər xəsarət alıb.

APA-nın Şirvan bürosu xəbər verir ki, hadisə nəticəsində 1960-cı il təvəllüdlü Mahmudov Elçin Musa oğlu və 1977-ci il təvəllüdlü, Ucar rayon sakini Babayev Hafiz Arif oğlu ağır bədən xəsarətləri alıblar.

H. Babayev Bakıdakı özəl xəstəxanalardan birinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.

***

11.51

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə İsmayıllı rayonu, Qurbanəfəndi kəndi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşların avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

APA nazirliyə istinadən xəbər verir ki, daxil olan məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti İsmayıllı Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “SHACMAN” və “İSUZU” markalı yük avtomobillərinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib və sürücülər deformasiyaya uğramış avtomobillərdə sıxılmış vəziyyətdə qalıb.

Yanğınsöndürən-xilasedicilər tərəfindən xüsusi xilasetmə vasitələrindən istifadə olunmaqla avtomobillərdə sıxılmış vəziyyətdə qalan və müxtəlif bədən xəsarətləri alan sürücülər xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.