Fransa Birinci Liqası: "Lion" "Nitsa" ilə heç-heçə edib
Noyabrın 12-də Fransa çempionatının XV turunda “Lion” - “Nitsa” matçı keçirilib.
"Report" xəbər verir ki, Liondakı “Qrupama” stadionundakı qarşılaşma 1:1 hesabı ilə başa çatıb.
Matçda ilk qolu 38-ci dəqiqədə penaltidən Nikolya Pepe vurub. Qarşılaşmanın ilk hissəsinin əsas vaxtının bitməsinə bir dəqiqə qalmış Aleksandr Lyakazett də penaltini dəqiq yerinə yetirərək hesabı bərabərləşdirib.
Bu oyundan sonra Fransa çempionatı cədvəlinin ortasında vəziyyət dəyişməyib. “Qartallar” doqquzuncu yerdə qalıblar. Lüsyen Favrın yetirmələri 19 xal toplayıblar. Peter Boşun komandasının 20 xalı var və onlar turnir cədvəlinin səkkizinci pilləsində qərarlaşıblar.