Deputat: "Bakıda bir çox kanalizasiya xətləri yararsız vəziyyətdədir"

Deputat: "Bakıda bir çox kanalizasiya xətləri yararsız vəziyyətdədir"

Bakının 7-ci mikrorayonunda 10-dan çox binada kanalizasiya xətləri işləmir.

"Report" xəbər verir ki, bunu Milli Məclisdə "Ölkənin su təsərrüfatı: problemlər və yeni çağırışlar" mövzusunda keçirilən dinləmələrdə deputat Azay Quliyev bildirib.

"30-40 il əvvəl yaradılmış bu xətlər yüklənməyə tab gətirmir. Bakının digər ərazilərində də zirzəmilərdən keçən xətlər yararsız haldadır. Yayda ümumiyyətlə durum çətinləşir. Bu problem nə vaxt həllini tapacaq? Bundan əlavə Bakının bir çox ərazilərində su qrafiklə verilir. 21-ci əsrdə bu nə dərəcədə düzgündür? Binaların həyətlərində uzun illərlə əkilib, becərilmiş ağaclar var. Onların sulanması necə olsun? Sakinlər deyir ki, buna görə gətirib sayğac qoyurlar. Yaşıllıq axı bizim üçün önəmlidir. Bu məsələyə aydınlıq gətirilməlidir", - deputat vurğulayıb.