Azərbaycan futzal millisi iki yoldaşlıq oyunu keçirəcək

Azərbaycan futzal millisi iki yoldaşlıq oyunu keçirəcək

Azərbaycan futzal millisi iki yoldaşlıq oyunu keçirəcək.

“Report”un Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə istinadən məlumatına görə, yığma apreldə Gürcüstan seçməsi ilə qarşılaşacaq.

Aprelin 13-də Tbilisiyə yollanacaq Vitali Borisovun kollektivi ayın 14-də və 16-da yerli komanda ilə üz-üzə gələcək.

Oyunların keçirilmə vaxtı və məkanı, eyni zamanda, komandamızın heyəti hələ bəlli deyil.