Birxeber.az / Azərbaycan futzal millisi iki yoldaşlıq oyunu keçirəcək

Azərbaycan futzal millisi iki yoldaşlıq oyunu keçirəcək

28-02-2024, 11:40

Azərbaycan futzal millisi iki yoldaşlıq oyunu keçirəcək.

“Report”un Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə istinadən məlumatına görə, yığma apreldə Gürcüstan seçməsi ilə qarşılaşacaq.

Aprelin 13-də Tbilisiyə yollanacaq Vitali Borisovun kollektivi ayın 14-də və 16-da yerli komanda ilə üz-üzə gələcək.

Oyunların keçirilmə vaxtı və məkanı, eyni zamanda, komandamızın heyəti hələ bəlli deyil.

Geri qayıt