Erlinq Holann 54 ildən sonra Corc Bestin rekordunu təkrarlayıb

Erlinq Holann 54 ildən sonra Corc Bestin rekordunu təkrarlayıb

İngiltərənin "Mançester Siti" klubunun futbolçusu Erlinq Holann "Mançester Yunayted"in sabiq oyunçusu Corc Bestin rekordunu təkrarlayıb.

"Report"un məlumatına görə, 23 yaşlı forvard buna ölkə kubokunun 1/8 finalında "Luton Taun"a 5 qol vurmaqla nail olub.

Son olaraq Corc Best 1970-ci ildə bu turnirdə penta-trik edib.

Qeyd edək ki, qarşılaşma "şəhərlilər"in 6:2 hesablı qələbəsi ilə yekunlaşıb. Holann 2022-ci ildə 60 milyon avroya Almaniyanın "Borussiya" (Dortmund) klubundan "Mançester Siti"yə keçib.