Bakıda yeniyetmə bıçaqlanıb

Bakıda yeniyetmə bıçaqlanıb

Bakının Nəsimi rayonunda bıçaqlanma baş verib.

APA xəbər verir ki, hadisə Cavadxan küçəsində qeydə alınıb.

2006-ci il təvəllüdlü Ağayev Oruc Elşən oğlu dava zamanı bıçaqlanıb.

O, sağrı və kürək nahiyəsinin kəsilmiş-deşilmiş xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktı Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparılır.