Kolumbiyada zəlzələ olub

Kolumbiyada zəlzələ olub

Kolumbiyanın şimal-qərbində 4,5 maqnitudalı zəlzələ olub.

“Birxeber.Az” xəbər verir ki, bu barədə ABŞ-nin Geoloji Xidmətinin verilənlər bazasından məlum olub.

Verilənlərə əsasən, yeraltı təkanların episentri departamentin Belyavista yaşayış məntəqəsindən 32 km cənub-şərqdə yerləşib. Yerli vaxtla 17:41-də (Bakı vaxtı ilə 02:41-də) qeydə alınmış zəlzələnin dərinliyi 32 km olub.

Təbiət hadisəsinin tələfata və ya dağıntılara yol açmasına dair məlumat verilməyib.