Bakıda 51 yaşlı kişini avtomobil vuraraq öldürüb

Bakıda 51 yaşlı kişini avtomobil vuraraq öldürüb

Bakıda avtomobil piyadanı vuraraq öldürüb.

APA xəbər verir ki, hadisə Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsində qeydə alınıb.

Mirzəyev Azad Fərahim oğlu idarə etdiyi “Mercedes Benz E 220” markalı avtomobillə yolu soldan sağa keçən piyada 1973-cü il təvəllüdlü Rəhimov Habil Əlövsət oğlunu vurub. Nəticədə piyada hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanıb, ibtidai istintaq aparılır.