Birxeber.az / Bakıda 51 yaşlı kişini avtomobil vuraraq öldürüb

Bakıda 51 yaşlı kişini avtomobil vuraraq öldürüb

27-02-2024, 09:50

Bakıda avtomobil piyadanı vuraraq öldürüb.

APA xəbər verir ki, hadisə Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsində qeydə alınıb.

Mirzəyev Azad Fərahim oğlu idarə etdiyi “Mercedes Benz E 220” markalı avtomobillə yolu soldan sağa keçən piyada 1973-cü il təvəllüdlü Rəhimov Habil Əlövsət oğlunu vurub. Nəticədə piyada hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanıb, ibtidai istintaq aparılır.

Geri qayıt