Avstraliyada təyyarə qəzaya uğrayıb, ölən var

Avstraliyada təyyarə qəzaya uğrayıb, ölən var

Avstraliyanın şərqində yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində 1 nəfər ölüb.

“Birxeber.Az”un xəbərinə görə, bu barədə “9News” telekanalı Yeni Cənubi Uels ştatı polisindəki mənbəyə istinadən məlumat yayıb.

Bildirilib ki, insident Sidneydən 70 kilometr cənub-qərbdə yerləşən Kamden hava limanı yaxınlığında baş verib.

Yerli pilot məktəbinə məxsus “Cessna” adlı təyyarə havaya qalxdıqdan dərhal sonra qəzaya uğrayıb. Təyyarənin göyərtəsində yalnız bir pilot olub.

Qəzanın səbəbləri araşdırılır.