İmişlidə itkin uşağın axtarışı ilə bağlı Biləsuvarda kanala suyun verilməsi dayandırılıb

İmişlidə itkin uşağın axtarışı ilə bağlı Biləsuvarda kanala suyun verilməsi dayandırılıb

İmişli rayonunda kanalda batması ehtimal olunan 11 yaşlı uşağın axtarışı ilə bağlı Cənubi-Muğan kanalının Biləsuvar hissəsinə suyun verilməsi müvəqqəti dayandırılıb.

"Birxeber.Az"un Muğan bürosunun məlumatına görə, fevralın 28-i günün ikinci yarısı suyun kanala verilməsi gözlənilir.

Qeyd edək ki, 26 dekabr 2023-cü il tarixində İmişli rayonu, Qaragüvəndikli kəndində, Boztəpə kanalında batması ehtimal olunan 2013-cü il təvəllüdlü Xankişiyev Rasim Vasif oğlunun axtarışları Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən davam etdirilir.