Birxeber.az / İmişlidə itkin uşağın axtarışı ilə bağlı Biləsuvarda kanala suyun verilməsi dayandırılıb

İmişlidə itkin uşağın axtarışı ilə bağlı Biləsuvarda kanala suyun verilməsi dayandırılıb

26-02-2024, 23:40

İmişli rayonunda kanalda batması ehtimal olunan 11 yaşlı uşağın axtarışı ilə bağlı Cənubi-Muğan kanalının Biləsuvar hissəsinə suyun verilməsi müvəqqəti dayandırılıb.

"Birxeber.Az"un Muğan bürosunun məlumatına görə, fevralın 28-i günün ikinci yarısı suyun kanala verilməsi gözlənilir.

Qeyd edək ki, 26 dekabr 2023-cü il tarixində İmişli rayonu, Qaragüvəndikli kəndində, Boztəpə kanalında batması ehtimal olunan 2013-cü il təvəllüdlü Xankişiyev Rasim Vasif oğlunun axtarışları Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən davam etdirilir.

Geri qayıt