Biləsuvarda yol qəzasında xəsarət alanların şəxsiyyəti məlum olub - YENİLƏNİB

Biləsuvarda yol qəzasında xəsarət alanların şəxsiyyəti məlum olub - YENİLƏNİB

Biləsuvar rayonunda yol qəzasında xəsarət alan şəxslərin kimliyi məlum olub.

"Report"un Muğan bürosunun məlumatına görə, onlar sürücü Vəkilağa Əbişov, sərnişinlər Adil Abdullayev, Firqət Məmişovdur. Həmçinin qəza zamanı iki sərnişin də yüngül bədən xəsarəti alıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

18:19

Biləsuvar rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə köhnə Ələt-Astara magistralının Biləsuvar rayonundan keçən hissəsində qeydə alınıb.

Belə ki, Biləsuvar rayon sakini, 1965-ci il təvəllüdlü Əbişov Vəkilağa Əhmədağa oğlu “Opel” markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirərək nəqliyyat vasitəsini aşırıb.

Nəticədə sürücü və 4 sərnişini müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.