Paşinyan: Almaniya İrəvanla Bakı arasındakı normallaşma ilə bağlı tədbirləri dəstəkləyir

Paşinyan: Almaniya İrəvanla Bakı arasındakı normallaşma ilə bağlı tədbirləri dəstəkləyir

Almaniya Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması, Cənubi Qafqazda sülh və sabitliyin təmin edilməsi istiqamətində görülən tədbirləri dəstəkləyir.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanda Bundestaqın Hüquq Məsələləri Komitəsinin sədri Elizabet Vinkelmeyer-Bekerin başçılıq etdiyi nümayəndə heyəti ilə danışıqlar zamanı deyib.

Tərəflər həmçinin Ermənistan-Azərbaycan sərhədində Avropa İttifaqının mülki missiyasının fəaliyyətini müzakirə edib və Ermənistan-Almaniya və Ermənistan-Avropa İttifaqı arasında əməkdaşlığın dərinləşdirilməsinə dair fikir mübadiləsi aparıblar.