Birxeber.az / Bakıda 38 yaşlı kişi yol-nəqliyyat hadisəsində xəsarət alıb  

Bakıda 38 yaşlı kişi yol-nəqliyyat hadisəsində xəsarət alıb  

11-02-2024, 08:40

Bakının Xəzər rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Birxeber.Az"un məlumatına görə, Mərdəkan qəsəbəsində avtomobil yolu keçən 1986-cı il təvəllüdlü Rəhimov Samir Məhəmməd oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona müştərək travma diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Geri qayıt